× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Təlim Tədris Mərkəzinə DP təlimlərinin keçirilməsi üçün növbəti üç il müddətinə şəhadətnamə verilib

Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) Təlim Tədris Mərkəzində (TTM)  yenidən akreditasiya auditi keçirib. Koronavirus pandemiyası səbəbindən audit online qaydada “The Nautical İnstitute”-nin sertifikasiya üzrə meneceri Qasim Masood tərəfindən aparılıb.

 

Audit zamanı TTM-in standartlara uyğunluğu yoxlanılıb, son üç ildə təşkil olunan Dinamik Mövqe Saxlama təlimlərinin sənədləri nəzərdən keçirilib. Yoxlama nəticəsində Mərkəzin standartlara uyğun  fəaliyyət göstərdiyi  təsdiqlənib və  DP təlimlərinin keçirilməsi üçün növbəti üç il müddətinə şəhadətnamə verilib.

 

Qeyd edək ki, “The Nautical Institute” təşkilatı ilk dəfə 2017-ci ildə ASCO-nun Təlim Tədris Mərkəzinə Dinamik Mövqe Saxlama təlimlərinin keçirilməsi üçün şəhadətnamə verib. Bu şəhadətnamə “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 84 mərkəzdən biri, Azərbaycanda isə yeganə mərkəzdir.