× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Təlim və inkişaf

Təlim və inkişaf siyasətimizin əsas məqsədi Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək, insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, onların peşə mədəniyyətinin artırılmasını, kadr ehtiyatı üçün namizədlərin hazırlanmasını, Cəmiyyətdə və əmək bazarında əməkdaşların peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.

Təlim və inkişaf siyasətimizin məqsədinə uyğun olaraq bu sahədə əsas fəaliyyət istiqamətlərimiz aşağıdakılardır:

  • təlim üzrə ümumi büdcənin müəyyənləşdirilməsi;
  • ümumi təlim proqramı, o cümlədən texniki və qeyri-texniki təlim mənbələri üzrə tələblərin müəyyənləşdirilməsi;
  • işçilərin xüsusi təlim kurslarında iştirak etməsi üçün münasiblik meyarlarının müəyyənləşdirilməsi;
  • təlimə olan ehtiyacların müəyyənləşdirilməsi;
  • kursların keçirilməsi (iş yeri daxilində və ya kənarda);
  • təlim proqramlarının qiymətləndirilməsi;
  • ehtiyat kadr bazasının idarəedilməsi.