Strateji hədəflər, missiya və dəyərlər

- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik
Dəyərlərimiz
Personal – Təcrübəli üzən heyət və peşəkar komanda əsas dəyərimizdir;
Ətraf mühit – Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimum endirmək məqsədimizdir;
Təhlükəsizlik – Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir;
Keyfiyyətli Xidmət – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi olaraq, zəngin təcrübə əsasında yüksək keyfiyyətli yükdaşıma və çoxşaxəli ixtisaslaşmış ofşor xidmətlərinin təqdim edilməsinə təminat veririk;
Dayanıqlı inkişaf – Effektiv və səmərəli idarəetməyə malik gəmiçilik şirkəti olaraq, göstərdiyimiz xidmətlərin dəyər zəncirimiz boyu bütün maraqlı tərəflərimiz üçün əlavə dəyər yaratması məqsədilə fəaliyyətimizin bütün aspektlərində dayanıqlı inkişaf yolunu tutmuşuq.
Missiyamız:
Beynəlxalq yüklərin ahəngdar və fasiləsiz axınının təmin edilməsi və Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasına töhvə verilməsi.
Məram:
Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdən kənarda əməliyyatların genişləndirilməsi.
Sloqan:
“Avropa və Asiya arasında Sizin ən qısa körpünüz”
Strateji hədəflər və məqsədlər
Hədəf 1 – Səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafını təmin edən müasir gəmiçilik şirkətinin qurulması.
- Məqsəd 1.1: Mərkəzləşdirilmiş korporativ idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi;
- Məqsəd 1.2: Səmərəli idarəetmə üçün zəruri proqram təminatlarının tətbiqi;
- Məqsəd 1.3: Gəmiçilik fəaliyyəti üzrə beynəlxalq sertifikatlaşmanın aparılması və aparıcı beynəlxalq təcrübənin tətbiqi;
- Məqsəd 1.4: Xərclərin, strukturun və əməliyyatların optimallaşdırılması və səmərəliliyin təmin edilməsi;
- Məqsəd 1.5: Gəmiçiliyin daha səmərəli fəaliyyət göstərən, səhmdara divident gətirən kommersiya təşkilatına çevrilməsi;
- Məqsəd 1.6: Fəaliyyətdə şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlərin gücləndirilməsi.
Hədəf 2 – Əməliyyatların təhlükəsiz şəkildə və ətraf mühitə zərər vurmadan aparılması.
- Məqsəd 2.1: KSƏTƏMM xidmətinin təkmilləşdirilməsi;
- Məqsəd 2.2: Personala KSƏTƏMM standartlarının tələblərinin öyrədilməsi, onların bu sahədə maarifləndirilməsi;
- Məqsəd 2.3: Dənizdə və quruda çirklənmənin qarşısının alınması üçün ətraf mühitin mühafizəsinin beynəlxalq ekoloji idarəetmə standartlarının tələblərinə uyğun davamlı təşkili.
Hədəf 3 – Güclü yerli kadrların hazırlanması.
- Məqsəd 3.1: Güclü yerli dənizçi kadr potensialının hazırlanması və ölkədə dənizçi peşəsinin təbliği;
- Məqsəd 3.2: Personalın peşəkarlığının davamlı inkişaf etdirilməsi və rifahının yaxşılaşdırılması.
Hədəf 4 – Biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi:
- Xəzər dənizində yükdaşımalarda aparıcı mövqenin qorunub saxlanılması;
- Xəzərdən kənarda fəaliyyətin genişləndirilməsi;
- Ofşor xidmətlərin coğrafiyasının genişləndirilməsi;
- Kənar müəssisələrə gəmi təmiri xidmətinin həcminin artırılması;
- Digər biznes fəaliyyətlərinin genişləndirilməsi və gəlirliyinin artırılması.