× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Strategiya və investisiyalar komitəsi

Strategiya və investisiyalar komitəsinin funksiyaları:

  • Dövlətin təsisçi kimi uzunmüddətli (ortamüddətli) gözləntiləri əsasında Cəmiyyətin əsas səmərəlilik göstəricilərinin siyahısının və hədəf dəyərlərinin təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Cəmiyyətin uzunmüddətli strategiyasının təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi və onunla bağlı hər hansı dəyişikliklərin monitorinqi;
  • Vəzifə/departament/ istiqamət üzrə strategiyaların, Cəmiyyətin hər hansı digər strategiyasının və Cəmiyyətin bu strategiyaları ilə bağlı hər hansı dəyişikliklərin təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi və monitorinqi;
  • Cəmiyyətin ortamüddətli biznes planının təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi və Cəmiyyətin ortamüddətli biznes planının həyata keçirilməsinin və onunla bağlı hər hansı dəyişikliklərin monitorinqi;
  • Cəmiyyətin strategiyasının və biznes planının həyata keçirilməsinə dair və monitorinq/dinləmələrin nəticələrinə əsasən təshih tədbirlərinin görülməsinə dair hesabatların təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Mənfəət (dividendlərin) bölgüsünün ilkin baxılması və Cəmiyyətin ümumi yığıncağının təsdiqinə çıxarılması üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Cəmiyyətin investisiya proqramı və Cəmiyyətin investisiya proqramı ilə bağlı hər hansı dəyişikliklərin təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Cəmiyyətin ümumi yığıncağının və Müşahidə Şurasının səlahiyyətləri daxilində Cəmiyyətin investisiya layihəsinin təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Cəmiyyət layihələrinin icrasına dair hesabatın təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi, habelə monitorinq nəticələrinə əsasən Cəmiyyətin ümumi yığıncağının və Müşahidə Şurasının səlahiyyətləri çərçivəsində təshih tədbirlərinin təklif edilməsi;
  • Müşahidə Şurasının səlahiyyətləri daxilində Cəmiyyətin satınalmalar üzrə kateqoriya strategiyalarının təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Müşahidə Şurasının səlahiyyətləri daxilində satınalmaların təsdiq üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • Strategiya və investisiyalar komitəsinin iş planlarının tərtib edilməsi;
  • Fəaliyyəti ilə bağlı Müşahidə Şurasına müntəzəm hesabatların verilməsi;
  • Müşahidə Şurasının tapşırığı ilə Komitənin səlahiyyətlərinə aid olan digər vəzifələrin yerinə yetirilməsi.