× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Audit komitəsi

Audit komitəsinin funksiyaları:

  • Cəmiyyətin illik büdcə planının əsas parametrlərini (gəlir və xərclərin nəzərdə tutulan ümumi həcmi, eləcə də gəlir və xərc qrupları və bəndləri üzrə məbləğləri, gözlənilən mənfəət və dividendlərin həcmi və s.) təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Büdcənin əsas parametrləri (gəlir və xərclərin nəzərdə tutulan ümumi həcmi, eləcə də gəlir və xərc qrupları və bəndləri üzrə məbləğləri, gözlənilən mənfəət və dividendlərin həcmi və s.) üzrə Cəmiyyətin büdcəsinin icrası haqqında hesabatı təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Müşahidə Şurasının səlahiyyətləri daxilində Cəmiyyətin satınalmaları üzrə yoxlamanın aparılmasına dair planı təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Müşahidə Şurasının səlahiyyətləri daxilində Cəmiyyətin satınalmaları üzrə plandankənar yoxlamaların aparılması üçün Müşahidə Şurasına təkliflər vermək;
  • Müşahidə Şurasının səlahiyyətləri daxilində Cəmiyyətin satınalmaları üzrə yoxlamaların nəticələrinə dair hesabatı və təshih tədbirlərin görülməsini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Maliyyə hesabatlılığının formaları, müddətləri, standartları və konsolidasiya səviyyəsinin (ayrı və ya konsolidə edilmiş) təsdiqi üçün Müşahidə Şurasına təkliflər vermək;
  • Kənar auditorun və onun xidmətlərinin ödənişinin miqdarının təsdiqi üçün Müşahidə Şurasına təkliflər vermək;
  • Kənar auditin nəticələrinə baxmaq;
  • İllik (rüblük, yarımillik) audit olunmuş maliyyə hesabatlılığını ilkin baxılması üçün Müşahidə Şurasına təqdim etmək;
  • İdarəetmə hesabatlılığının təqdim edilməsinin qayda və müddətlərini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • İllik hesabatın ilkin baxılması və Cəmiyyətin ümumi yığıncağının təsdiqinə çıxarılması üçün Müşahidə Şurasına təqdim etmək;
  • Dayanıqlı inkişaf üzrə hesabatı təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Maliyyə dayanıqlılığının göstəricilərinin hədəf və hədd dəyərlərini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Maliyyə dayanıqlılığının artırılmasına dair tədbirlər planını təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Maliyyə dayanıqlılığının cari vəziyyəti və maliyyə dayanıqlılığının artırılması üzrə tədbirlər planının icrası haqqında hesabatı təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Borclanma hədlərini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Müşahidə Şurasının hədləri daxilində borclanmanın qəbul edilməsi barədə Müşahidə Şurasına tövsiyələr vermək;
  • Kontragent banklara maliyyə vəsaitlərinin yerləşdirilməsi və cəlb edilməsi hədlərini və onların yenidən bölgüsünü təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Likvidliyin hədəf göstəricilərini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Daxili audit xidmətinin tədbirlər planını ilkin olaraq təsdiq etmək;
  • Daxili audit xidmətinin fəaliyyətinin mütəmadi (o cümlədən operativ) monitorinqini, plandankənar yoxlamaları, xüsusi araşdırmaları, habelə Daxili audit xidməti tərəfindən digər monitorinq tədbirlərinin həyata keçirilməsi üzrə tövsiyələr/tapşırıqlar hazırlamaq;
  • Daxili audit xidmətinin rüblük, yarımillik və illik hesabatlarını ilkin olaraq təsdiq etmək və hesabatların nəticələri əsasında təshih tədbirlərinin görülməsi üçün Müşahidə Şurasına təkliflər vermək;
  • Risk reyestri və risk xəritəsi da daxil olmaqla, Cəmiyyətin ümumi risk profilini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Kritik risk göstəricilərini və əsas risklərə tolerantlıq səviyyəsini təsdiq üçün Müşahidə Şurasına təqdim etmək;
  • Risklərin idarə edilməsi xidmətinin tədbirlər planını ilkin olaraq təsdiq etmək;
  • Risklərin idarə edilməsi xidmətinin rüblük və illik hesabatlarını ilkin olaraq təsdiq etmək və hesabatların nəticələri əsasında təshih tədbirlərinin görülməsi üçün Müşahidə Şurasına təkliflər vermək;
  • Audit komitəsinin illik iş planlarını tərtib etmək;
  • Fəaliyyəti ilə bağlı Müşahidə Şurasına müntəzəm olaraq hesabatlar vermək;
  • Zəruri hallarda xüsusi araşdırmaların (yoxlamaların) aparılmasına, o cümlədən müstəqil məsləhətçilərin (ekspertlərin) cəlb edilməsinə dair Müşahidə Şurasına tövsiyələr vermək və bu istiqamət üzrə əldə olunan nəticələrə nəzarət etmək;
  • Müşahidə Şurasının tapşırığı ilə Komitənin səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirmək.