× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəzər YQİK

Ölkəmizdə yelkən idman növünün inkişaf etdirilməsi, bu idman növü ilə bağlı mövcud olmuş zəngin ənənənin yaşadılması məqsədilə ASCO-nun 2014-cü il 16 may tarixli 77 nömrəli əmrinə əsasən hüquqi şəxs statusuna malik olmayan klub kimi “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu (Klub) yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. Klubun əsas məqsədi yelkən idmanı sahəsində bədən tərbiyəsi və yelkən idmanının inkişaf etdirilməsi, üzvlərinin maraqları əsasında onların asudə vaxtlarının səmərəli təşkil olunması, sağlamlıqlarının qorunması, fiziki inkişaflarına nail olunması, Vətənin müdafiəsinə daim hazır və yüksək əmək qabiliyyətli olması və respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakının təmin edilməsindən ibarətdir.

Klubun fəaliyyəti yelkən idmanı ilə məşğul olanların həyat və sağlamlıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və təkmilləşdirilməsi, yelkən idmanı sahəsində ustalıqlarının artırılması, mənəvi, əxlaqi və mübariz keyfiyyətlərə yiyələnməsi prinsipləri əsasında qurulur.

Klubun funksiyaları aşağıdakılardır:

  • yelkən idmanı sahəsi üzrə təhsil alan və bu idman növünə marağı olanların, o cümlədən təsisçinin işçilərinin və Azərbaycan Dövlət Dəniz Akademiyasının müdavimlərinin və digər üzvlərinin bədən tərbiyəsi, yelkən idmanı və idman turizmi ilə məşğul olmalarını təşkil edir;
  • əhaliyə kütləvi bədən tərbiyəsi-sağlamlıq və yelkən idmanı da daxil olmaqla, müxtəlif idman xidmətləri göstərir;
  • yelkənli turizm layihələri təşkil edir və belə layihələrdə iştirak edir;
  • Azərbaycan Yelkənli Qayıq İdman Federasiyasına üzvlük ilə bağlı lazımi tədbirlər görür;
  • sağlamlıq qruplarında və idman bölmələrində təlim-məşq prosesinin aparılmasına nəzarət edir, yığma komandaları formalaşdırır, onların hazırlığını və yarışlarda iştiraklarını təmin edir;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyətlər göstərir.