× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Konfidensiallıq

Konfidensiallıq və İstifadə Qaydaları

Bildiriş

Aşağıda qeyd olunanlar ASCO-nun internet saytından istifadənin şərtlərini və qaydalarını müəyyən edir.

Başqa cür nəzərdə tutulmayıbsa, bu internet saytında ASCO-ya edilmiş istinadlar ASCO, onun əlaqəli şəxsləri və tabeçiliyindəki qurumlar kimi başa düşülməlidir.

Məsuliyyətimiz

Bu internet saytında əks olunmuş məlumatlar müfəssəl deyildir. Bütün ciddi cəhdlərimizə baxmayaraq, saytda verilmiş məlumatlar qeyri-dəqiq və ya yenilənməmiş ola bilər, ya da hər hansı xüsusi məsələnin halları üçün uyğun gəlməyə bilər. Biz saytdakı məlumatların qeyri-dəqiqliyinə və natamamlığına görə, məlumatların qəsdən təhrif edilməsi halı istisna olmaqla, üzərimizə heç bir məsuliyyət götürmürük. Eyni zamanda nəzərinizə çatdırırıq ki, bu məlumatlar əsasında verdiyiniz qərar və onun nəticələrinə görə məsuliyyəti yalnız özünüz daşıyırsınız. Nə ASCO nə də tabeçiliyindəki hər hansı qurum bu internet saytına daxil olmaqdan, saytdan və ya buradakı hər hansı məlumatdan istifadəetmədən irəli gələn hər hansı – birbaşa, dolayı, məxsusi, nəticəvi və ya digər təbiətli ziyan və zərərlərə görə məsuliyyətləri qəbul etmir. Lakin biz Sizin hər hansı aidiyyəti məsələ ilə bağlı contact@asco.az elektron poçtuna göndərəcəyiniz fikirləri məmnuniyyətlə müzakirə edərik.

Saytda verilmiş ASCO-nun Konfidensiallıq Qaydalarına əməl edilməklə istifadə olunan şəxsi məlumatlar istisna olmaqla, bizə təqdim etdiyiniz hər hansı məlumatla bağlı razılıq verirsiniz ki, ASCO belə məlumata münasibətdə məhdudiyyətsiz hüquqlara malikdir və bu məlumatdan öz şəxsi mülahizələrinə əsasən seçdiyi istənilən yolla istifadə etmək hüququnu özündə saxlayır. Belə məlumatlar qeyri-konfidensial hesab olunur.

Proqnoz xarakterli bəyanatlar

Nəzərə almalısınız ki, qoyulmuş kapital, kapital üzrə xərclər, nağd vəsaitlərin hərəkəti, xərclər, qənaət edilmiş məbləğlər, borclar, tələb, realizə edilmiş aktivlər, dividendlər, qazanclar, effektivlik, maliyyə təsiri yolları, inkişaf, təkmilləşdirmə, investisiyalar, hədlər, həyata keçirilmə, qiymətlər, istehsal, məhsuldarlıq, mənfəətlər, ehtiyatlar, gəlirlər, satışlar, strategiya, əməkdaşlıq, vergi dərəcələri, trendlər, dəyər, həcmlər, ASCO-nun əmlak əldə etməsi və ya digər şirkətlərlə kommersiya məqsədləri üçün birləşməsi fəaliyyətindən irəli gələn nəticələrə istinad edilmiş və xüsusilə də onlarla bağlı olan, bu internet saytında və ya sənədlərdə əks olunmuş və ya saytla bağlı hazırlanmış bəyanatlar proqnoz xarakterlidir və ya proqnoz xarakterli ola bilər. Belə bəyanatlar qeyri-müəyyəndir və həmin bəyanatların verildiyi tarixdə ASCO-nun öz mülahizələrini əks etdirir. Sənaye məhsullarının təchizatının gələcək səviyyəsi, tələb və qiymət, siyasi sabitlik və iqtisadi inkişaf, yeni texnologiyalardan istifadə, rəqiblərin hərəkətləri və təbii fəlakətlər, müharibələr, terror aktları da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, müxtəlif amillərdən asılı olaraq, faktiki nəticələr belə bəyanatlarda qeyd olunmuş nəticələrdən fərqlənə bilər.

Bu internet saytının müəlliflik hüququna sahiblik

Başqa şəkildə nəzərdə tutulan hallar istisna olmaqla, bu internet saytının məzmunu və bu saytdan edilmiş hər hansı yükləmələrin müəlliflik hüququ ASCO-ya və ya onun tabeçiliyindəki qurumlara məxsusdur. Bütün hüquqlar qanunla qorunur. ASCO-nun ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1005, M.Rəsulzadə küçəsi 5.

Siz, bütün müəlliflik və əlaqəli hüquqlar haqqında qanunvericiliyə əməl etməməyə görə məsuliyyət daşıyırsınız. Bu saytdan zəruri və təsadüfi köçürmələr etməyinizə icazə verilir və Siz buradakı məlumatlardan şəxsi məqsədiniz üçün ağlabatan həddə istifadə edə bilərsiniz. Qalan hallarda bütün istifadələr qəti qadağandır. ASCO-nun rəsmi icazəsi olmadan bu internet saytını çərçivəyə sala və ya ana səhifəsindən başqa digər səhifəyə keçidləndirə bilməzsiniz.

Ticarət nişanlarına sahiblik hüquqları

ASCO-nun saytında göstərilən ticarət nişanları qanunvericiliyə uyğun olaraq qorunur.

Hər hansı hiperkeçiddən və məlumatdan istifadəetmə

Nə biz, nə də tabeçiliyimizdəki qurumlar internet saytımıza daxil olmaq üçün istifadə etdiyiniz başqa internet saytının və ya bizim internet saytımız vasitəsilə daxil olduğunuz başqa internet saytı da daxil olmaqla, hər hansı digər internet saytının məzmununa görə heç bir məsuliyyət daşımır. Belə internet saytlarla və keçidlərlə bağlı heç bir məsuliyyəti qəbul etmirik.

Əgər biz hər hansı üçüncü şəxsin internet saytına hiperkeçid təqdim ediriksə, bu, həmin saytda əks olunmuş məlumatların saytımızda verilmiş məlumatlara aidiyyəti olduğuna yaxşı niyyətlə inandığımıza dəlalət edir. Saytımızda belə hiperkeçidlərin olması, keçid verilən hər hansı üçüncü şəxsin internet saytının və ya belə internet saytda məzmunun ASCO tərəfindən baxılmış və təsdiq edilmiş kimi qəbul olunmamalıdır. Həqiqətən də, bəzi hallarda hiperkeçid saytımızdakı informasiyaya zidd gələn informasiyanı özündə əks etdirən üçüncü şəxslərin internet saytlarına və ya ASCO və onun tabeçiliyindəki qurumlar tərəfindən saxlanılan internet saytlarına qoşa bilər.

Saytımızdakı hər hansı informasiyadan istifadə zamanı, istifadəçi ən azı bu internet saytının ünvanını istinad kimi qeyd etməlidir. Əgər internet saytımızın müəlliflik və ya əlaqəli hüquqları pozularsa, bu zaman həmin şəxslərə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş cəzalar tətbiq ediləcəkdir.

Bu internet saytına hansı qanunvericilik tətbiq olunur

Bu saytdan istifadə etməyiniz və müvafiq yükləmələri həyata keçirməyiniz, habelə bu şərt və müddəaların qüvvədə olması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının müvafiq məhkəmələri Sizin bu saytdan istifadə etməyinizlə bağlı olan və ya bundan irəli gələn hər hansı mübahisə üzərində xüsusi yurusdiksiyaya malikdir.

Bu qaydalarla nəzərdə tutulmuş hər hansı müddəa və ya müddəalar müvafiq səlahiyyətli orqan tərəfindən etibarsız, qanunsuz və ya icraya yönəldilə bilinməyən hesab edilərsə, həmin müddəa və ya müddəalar müvafiq həddə digər müddəalardan ayrılır və digər müddəalar qanunla icazə verilən həddə etibarlı, qanuni və icra üçün məqbul olmaqda davam edir.

Müəlliflik Hüququ © 2014. ASCO