× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İctimai Məsləhətləşmələr Şurası

ASCO-nun 2017-ci il 10 iyul tarixli 131 nömrəli əmrinə əsasən ASCO sədrinin yanında İctimai məsləhətləşmələr Şurası (Şura) yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir. ASCO sədrinin yanında müntəzəm fəaliyyət göstərən məşvərətçi orqan kimi adıçəkilən Şuranın yaradılmasında məqsəd, ASCO-nun ölkə iqtisadiyyatına və ictimai həyatına təsirinin, ASCO-nun davamlı inkişafına yönəlmiş layihələrin, tədbirlərin, əldə olunmuş iqtisadi və əməliyyat nəticələrinin müzakirə olunması və inkişaf üçün məsləhət, təkliflərin verilməsi, ASCO-da çalışan işçilərin, xüsusi olaraq dənizçilərin üzləşdiyi çətinliklərin müzakirə olunması və optimal həlli yollarının təhlil edilməsi, yeni təşəbbüslərin müzakirəsi, habelə ASCO-nun qəbul etdiyi qərarlarda ictimaiyyətin və ASCO işçilərinin, o cümlədən dənizçilərin iştirakının təmin edilməsindən ibarətdir.

Şurada aşağıdakı məsələlər müzakirə oluna bilər:

  • ASCO-nun davamlı inkişafının təmin olunması ilə bağlı görülən tədbirlər;
  • Ölkə üzrə xüsusi iqtisadi və ictimai əhəmiyyət daşıyan layihələrin icrası;
  • ASCO-nun iqtisadi və əməliyyat fəaliyyətinin nəticələri;
  • ASCO-da çalışan işçilərin maddi-sosial vəziyyəti və iş şəraiti;
  • ASCO-nun fəaliyyətinə aid vacib hesab olunan digər məsələlər.

Şuranın tərkibi ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları, beynəlxalq ekspertlər və məsləhətçilər, eləcə də xüsusi bacarıq və təcrübələri ilə fərqlənən, nümunəvi davranışı ilə seçilən və kollektivdə nüfuza malik olan ASCO-da çalışmış və ya çalışan dənizçilərdən formalaşır.

Şuranın iclaslarında ASCO-nun sədri və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (razılıqla) də iştirak edirlər. Şuraya ASCO-nun sədri sədrlik edir. Şuranın tərkibi (iştirak edənlər/dəvət olunanlar) 60 nəfərdən ibarət olur (Şuranın sədri daxil olmaqla) və hər iclasa görə müəyyən edilir. Müəyyənləşdirilmiş say məhdudiyyəti nəzərə alınmaqla, Şurada iştirak edəcək müvafiq şəxslər ASCO tərəfindən əvvəlcədən iclasa dəvət olunurlar və dəvət qəbul edildiyi halda həmin şəxslər iştirakçılar siyahısına daxil edilirlər.