× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Dayanıqlı İnkişaf Siyasətimiz

DAYANIQLI İNKİŞAF SİYASƏTİMİZ

Siyasətin məqsədi:

Əsas biznes-kommersiya fəaliyyətinin yerinə yetirilməsi ilə bərabər ətraf mühitin mühafizəsinin, məhdud resurslardan səmərəli istifadə olunmanın, dayanıqlı inkişaf prinsiplərinin ümumi dəyər zəncirinə inteqrasiyasının, korporativ sosial məsuliyyətin, eləcə də dayanıqlılıq prinsiplərinə uyğun şəkildə Gəmiçiliyin cəmiyyətə və səhmdara uzunmüddətli fayda gətirməsininin təmin edilməsi.

Siyasətin əhatə dairəsi:

Gəmiçiliyin dayanıqlı inkişaf siyasəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bütün struktur vahidlərini, hər növ kommersiya və qeyri-kommersiya fəaliyyətini, eləcə də daxili və xarici olmaqla, bütün birbaşa və dolayı maraqlı tərəflərlə münasibətləri əhatə edir.

Dayanıqlı inkişaf hədəfimiz:

Biz bütün dəyər zənciri boyu dayanıqlı inkişaf prinsiplərinə riayət etməyi qarşımıza məqsəd qoymuşuq. Fəaliyyətimizdə təbiətin və insan kapitalının əhəmiyyətini dərk edirik və bu istiqamətdə ola biləcək hər hansı mənfi təsirin minimuma endirilməsi davamlı və uzunmüddətli hədəfimizdir.

Dayanıqlı inkişaf prinsiplərimiz:

ASCO-nun Dayanıqlı İnkişaf Siyasəti ekoloji, sosial və iqtisadi olmaqla 3 aspekti əhatə edir:

 

 

Ekoloji aspektdə dayanıqlı inkişaf prinsiplərimiz:

Sosial aspektdə dayanıqlı inkişaf prinsiplərimiz:

İqtisadi aspektdə dayanıqlı inkişaf prinsiplərimiz:

  • Ətraf mühitin mühafizəsi
  • Qəza hallarının qarşısının alınması
  • Tullantı və emissiyaların səmərəli idarə olunması
  • Ekosistemlərə mənfi antropogen təsirin minimuma endirilməsi
  • Biomüxtəlifliliyin qorunması
  • Təmiz və içməli su resurslarından səmərəli istifadə olunması
  • Enerji resurslarından qənaətlə istifadə olunması
  • Fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğun təşkil edilməsi
  • İnnovasiyaların dəstəklənməsi yolu ilə ətraf mühitin mühafizəsi üzrə daha əlverişli və mütərəqqi texnika və texnologiyaların tətbiqi
  • İnsan resurslarının səmərəli idarə edilməsi
  • Sağlamlıq və əməyin təhlükəsizliyinin təmin edilməsi
  • Şəffaflığın təmin edilməsi
  • Bərabər imkanların yaradılması
  • Personalın rifahının davamlı yaxşılaşdırılması
  • Təlim və təhsil
  • Müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi
  • Ölkədə dənizçilik peşəsinin təbliği
  • Söz azadlığının, sərbəst fikir və mövqenin bildirilməsinin təmin edilməsi
  • İnklyuziv komandanın formalaşdırılması
  • Ədalətli qərarların qəbul edilməsi
  • İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi
  • Biznes etikası
  • Kimsəsiz uşaqlara, maddi durumu ağır ailələrə, məcburi qaçqın və köçkünlərə, əmək qabiliyyətini itirmiş şəxslərə yardımların edilməsi
  • Gənclərə dəstəyin göstərilməsi
  • Ölkədə müxtəlif sosial xarakterli layihlərin dəstəklənməsi
  • Personalın məmnunluğunun və Gəmiçiliyə bağlılığının gücləndirilməsi
  • Səhmdar və cəmiyyət üçün uzunmüddətli perspektivə yönəlmiş iqtisadi dəyərin yaradılması
  • Səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafını təmin edən müasir gəmiçilik şirkətinin qurulması
  • Beynəlxalq korporativ idarəetmə sisteminin tətbiq edilməsi
  • Donanmanın davamlı yenilənməsi
  • Yüksək keyfiyyətli xidmətlərin göstərilməsi
  • Müştəri məmnuniyyətinin təmin edilməsi
  • Etibarlı tərəfdaş imicinin qorunub saxlanılması
  • Xərclərin optimallaşdırılması və izafi xərclərin aradan qaldırılması
  • Gəlirlərdən səmərəli istifadə olunması
  • Risklərin səmərəli idarə olunması
  • Biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi
  • Yerli təchizatçı, yerli istehsal və xidmətlərin dəstəklənməsi