× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

İdarə heyəti

ASCO-nun fəaliyyətinə cari rəhbərliyi onun kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən – İdarə Heyətinin sədrindən və 6 (altı) sədr müavinindən ibarətdir. İdarə Heyətinin fəaliyyətinə İdarə Heyətinin sədri rəhbərlik edir.   

İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

- ASCO-nun fəaliyyətini təşkil etmək;

- ASCO-nun Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə ASCO-nun Müşahidə Şurasına təkliflər vermək və sənədlər (o cümlədən ASCO-nun illik və rüblük hesabatlarını, habelə strateji planlarının icrası barədə hesabatları) təqdim etmək;

- ASCO-nun Nizamnaməsinə, habelə nizamnamə kapitalına dəyişikliklər edilməsi barədə Ümumi Yığıncağa təkliflər verilməsi üçün ASCO-nun Müşahidə Şurasına müraciət etmək; 

- ASCO-nun inkişaf və biznes planlarının formalaşdırılması barədə ASCO-nun Müşahidə Şurasına təkliflər vermək;

- Ümumi Yığıncağın və ASCO-nun Müşahidə Şurasının qərarlarının vaxtında və lazımi qaydada icrasını təmin etmək;

- ASCO-nun təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək;

- ASCO-nun təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair qərar qəbul etmək;

- ASCO-nun təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslər arasında mübahisələrin həlli üçün tədbirlər görmək,

- Ümumi Yığıncaq tərəfindən verilən qərarlara uyğun olaraq ASCO-nun xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinə və xarici iqtisadi əlaqələrə dair tədbirlər görmək;

- Ümumi Yığıncaq tərəfindən ASCO-nun mərkəzləşdirilmiş fondlarının yaradılmasına və istifadəsi qaydalarına dair ASCO-nun Müşahidə Şurasına təkliflər vermək;

- İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- ASCO-nun mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, illik hesabatları və maliyyə hesabatlarını, investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də ASCO-nun inkişaf strategiyasının, strateji inkişaf planının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı Ümumi Yığıncaq tərəfindən təsdiq edilməsi üçün ASCO-nun Müşahidə Şurasına təqdim etmək; 

- ASCO-nun inkişaf strategiyasının formalaşdırılması məqsədilə ASCO-nun Müşahidə Şurasına təkliflər vermək;

- ASCO-nun aparatının struktur bölmələrini yaratmaq və onların (daxili audit bölməsi istisna olmaqla) əsasnamələrini təsdiq etmək; 

- ASCO-nun Nizamnaməsi və AZCON-un Nizamnaməsi ilə Ümumi Yığıncağın, ASCO-nun Müşahidə Şurasının və İdarə Heyətinin sədrinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll etmək.