Müşahidə Şurası

- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik
ASCO-nun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti kollegial idarəetmə orqanı olan ASCO-nun Müşahidə Şurası (bundan sonra – Şura) həyata keçirir. Şuranın tərkibi 5 (beş) üzvdən – Şuranın sədri və digər 4 (dörd) üzvdən ibarətdir. Şuranın sədri və üzvləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla AZCON tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Şuranın səlahiyyətləri aşağıdakılardır:
- ASCO-nun Ümumi Yığıncağının qərarlarının icrasına və ASCO-nun fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə nəzarət etmək;
- ASCO-nun nizamnaməsinə dəyişiklik edilməsi, nizamnamə kapitalının artırılması və ya azaldılması haqqında ASCO-nun Ümumi Yığıncağına təkliflər vermək;
- ASCO-nun idarə, filial və nümayəndəliklərinin, habelə ASCO tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
- ASCO-nun inkişaf strategiyasına, biznes planına və strateji inkişaf planına dair Ümumi Yığıncağa təkliflər vermək;
- ASCO-nun daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;
- ASCO-nun mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;
- ASCO-nun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi ilə əlaqədar Ümumi Yığıncağa təkliflər vermək;
- ASCO-nun İdarə Heyəti üzvlərinin fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətini yoxlamaq, habelə Ümumi Yığıncaqla razılaşdırmaqla, müəyyən etdiyi əsas fəaliyyət göstəriciləri əsasında qiymətləndirmək;
- ASCO-nun icra orqanının fəaliyyəti ilə bağlı hesabatlar, arayışlar və izahatlar almaq;
- normativ hüquqi aktlarla müəyyən edilmiş hallar nəzərə alınmaqla, Ümumi Yığıncağın razılığı ilə ASCO-nun, idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əmək haqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək və icrasını təmin etmək;
- normativ hüquqi aktlarla müəyyən edilmiş hallar nəzərə alınmaqla, Ümumi Yığıncaqla razılaşdırmaqla, ASCO-nun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;
- Ümumi Yığıncaq tərəfindən təsdiq edilmiş satınalma qaydalarına uyğun olaraq satınalma müqavilələrinin (xüsusi əhəmiyyətli əqdlər və aidiyyəti şəxslərlə əqdlər istisna olmaqla) imzalanması barədə qərar qəbul etmək;
- xüsusi əhəmiyyətli əqdlərin və aidiyyəti şəxslərlə əqdlərin bağlanması barədə qərar qəbul edilməsi üçün Ümumi Yığıncağa müraciət etmək;
- auditor yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair Ümumi Yığıncağın göstərişi əsasında tədbirlər görmək;
- ASCO-nun maliyyə planlaşdırılmasını, illik büdcəsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək və icrasını təmin etmək;
- ASCO-nun gəlirlər və xərclər smetasını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;
- ASCO-nun əməkdaşlarının mükafatlandırılması qaydalarını Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək;
- fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və digər yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;
- ASCO-nun Nizamnaməsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının və 2025-ci il 15 yanvar tarixli 286 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsi”nin tələbləri nəzərə alınmaqla, müvafiq sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktlarla Şuranın səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.