× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Liman və agent xidmətləri

Liman və agent xidmətləri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Dəniz Nəqliyyat Donanmasının (DND) tərkibində sturuktur bölmə olaraq “Zığ” Quru Yük Limanı sahəsi (Liman) fəaliyyət göstərir. Limanın əsas məqsədi xidmətlərin göstərilməsində qabaqcıl texnika və texnologiyaları tətbiq etməklə Limanın fəaliyyətinin təşkili, istismarı və idarə olunması, ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yük ilə əməliyyatların aparılması, habelə digər müvafiq liman xidmətlərinin göstərilməsindən ibarətdir.

Bundan başqa, DND-nın tabeliyində “İnflot” dəniz agentliyi (Agentlik) fəaliyyət göstərir.Agentliyin əsas məqsədi Azərbaycan Respublikasının dəniz  limanlarına gəmilərin gəlməsi, limanda olması və limandan çıxması ilə bağlı müxtəlif rəsmiləşdirmələrin həyata keçirilməsindən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin müvafiq orqan və təşkilatlarda təmsil edilməsindən və onların adından maliyyə tapşırıqlarının yerinə yetirilməsindən ibarətdir.

 

Rəhbərlik:

DND-nın rəisi: Çingiz Gülməmməd oğlu Səfərov

Əlaqə: (012) 404-37-00 (daxili 2108)

Mail: chinqiz.safarov@asco.az

____________________________________________________

DND-nın İqtisadiyyat və uçot şöbəsinin rəisi: Azər Səfərov

Əlaqə: (012) 404-38-46 (daxili  2106)

Mail: azer.safarov@asco.az

_____________________________________________________

Limanın rəisi: Elçin Haciyev

Əlaqə: (012) 404-37-00 (daxili 2141)

 

Agentliyin rəisi: Qeyis Rzayev

Əlaqə: (012) 404-37-00 (daxili 2172)