× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Məlumatların açıqlanması

  • Məlumatların açıqlanması

ASCO-nun qüvvədə olmuş müvafiq daxili sənədləri təkmilləşdirilməklə, ASCO İdarə Heyəti iclasının  2019-cu il 9 sentyabr tarixli 12 nömrəli protokoluna əsasən ASCO-nun maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müvafiq məlumatların açıqlanması, zəruri məlumatların maraqlı tərəflərə çatdırılması, habelə bu proseslərə nəzarət olunması mexanizmini tənzimləyən və açıqlanmalı olan məlumatların tərkibini müəyyən edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə məlumatların açıqlanması Siyasəti” (Siyasət) təsdiq edilmişdir. Siyasətin əsas prinsipləri, onun fəaliyyətində şəffaflığın, aşkarlığın təmini, biznes tərəfdaşlarının, digər qarşı tərəflərin, habelə hakimiyyət orqanlarının qarşısında etibarın artırılması, ASCO-ya dair müəyyən edilmiş məlumatlardan aidiyyəti şəxslərin xəbərdar olması, hər bir kəsə müəyyən edilmiş məlumatları əldə etmək üçün bərabər imkanların yaradılması, ASCO barədə qeyri-dəqiq məlumatların mövcudluğunun aradan qaldırılması, ASCO-ya və onun idarəetmə orqanına etimadın artırılması və ASCO-nun nüfuzunun yüksəldilməsindən ibarətdir.

Siyasətə əsasən ASCO qanunvericiliyə uyğun olaraq açıqlanmalı olan, habelə özünün bildiyi məlumatları rəsmi internet səhifəsində, jurnal və qəzetlərdə, başqa kütləvi informasiya vasitələrində dərc edərək və ya digər şəkildə açıqlayaraq apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.

ASCO Siyasətə uyğun olaraq ona aid aşağıdakı məlumatları açıqlayır:

  • Maliyyə nəticələri:
  • nüfuzlu kənar şirkət tərəfindən audit olunmaqla, hesabat dövrü üzrə maliyyə göstəriciləri (ASCO üzrə illik maliyyə hesabatları hər il maliyyə ili bitdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” ilə müəyyən edilmiş müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etdirilməlidir);
  • dividendlər;
  • ASCO-nun qiymətli kağızlarının dövriyyəsi və gəlirliliyi;
  • pul vəsaitlərinin hərəkəti, investisiyaların həcmi və mənbəyi;
  • ASCO-nun ictimai siyasət məqsədlərinə aid olan xərclər və maliyyələşdirmə;
  • dövlətdən alınan zəmanətlər və dövlət borcu daxil olmaqla, cəlb edilmiş hər hansı bir əhəmiyyətli maliyyə yardımları (vəsaitləri) və bununla bağlı müqavilə öhdəlikləri.
  • Əməliyyat nəticələri və ASCO-nun fəaliyyəti:
  • dövlətlə və digər əlaqəli şəxslərlə əhəmiyyətli əməliyyatlar;
  • dövlət payının ümumi dəyəri, əhəmiyyətli payın əldə edilməsi və ya özgəninkiləşdirilməsi;
  • ASCO-nun idarəetmə orqanlarının üzvlərinin və digər vəzifəli şəxslərinin ixtisasları, təyinatları, əsas və əlavə iş yerləri;
  • ASCO-nun idarəetmə, mülkiyyət və qərar qəbuletmə strukturu, o cümlədən korporativ idarəetmə məcəlləsinin tətbiqi;
  • ASCO-nun İdarə Heyəti üzvləri və əsas vəzifəli şəxslərinin mükafatlandırılması qaydaları;
  • ASCO-nun idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər;
  • ehtimal olunan əhəmiyyətli risk faktorları və bu riskləri idarə etmək üçün görülən tədbirlər;
  • ASCO-nun aidiyyəti şəxslərlə bağladığı mühüm (xüsusi əhəmiyyətli) əqdlər (ASCO-nun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin bağlanılması barədə məlumat mətbu orqanda dərc etdirilməlidir);
  • ASCO-nun səhmdarları (Ümumi Yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar);
  • ASCO-nun məqsədləri (inkişaf siyasəti), onların yerinə yetirilməsi və ümumi fəaliyyəti;
  • işçilər və digər maraqlı tərəflərlə münasibətlər (əhəmiyyətli məsələlər) və ictimai layihələr.