Sorry, you need to enable JavaScript to visit this website.
× Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Təyinat və mükafatlandırma komitəsi

hero_thisisbayer_3200x556

Təyinat və mükafatlandırma komitəsinin funksiyaları:

  • İdarə Heyətinin ƏSG-lərinin siyahısı və hədəf dəyərlərinin, ƏSG-lərin icrasına dair hesabatın və nəticələrə əsasən təshih tədbirlərinin təsdiq edilməsi üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • İdarə Heyətinin mükafatlandırma məbləğlərinin həcminin təsdiq edilməsi üçün Müşahidə Şurasına təqdim edilməsi;
  • İdarə Heyətinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair tövsiyələrin hazırlanması;
  • Daxili audit xidmətinin rəhbəri və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair tövsiyələrin hazırlanması;
  • Daxili audit xidmətinin rəhbəri və üzvlərinin mükafatlandırma məbləğlərinin həcmi və şərtlərinə dair tövsiyələrin hazırlanması;
  • Daxili audit xidmətinin rəhbəri və üzvləri də daxil olmaqla xidmətin fəaliyyətinin qiymətləndirilməsinə dair tövsiyələrin hazırlanması;
  • Effektiv kadr siyasətinin, əməkhaqqı və mükafatlandırma sisteminin, eləcə də vəzifəli şəxslər və Cəmiyyətin işçilərinə sosial dəstəyin, onların peşəkar təlim və inkişaflarının təmin edilməsi;
  • İdarə Heyətinin tabelilik/müstəqillik statuslarının müəyyən edilməsi;
  • Kadr strategiyasının təhlili;
  • Təyinat və mükafatlandırma komitəsinin planlarının təsdiq edilməsi;
  • Fəaliyyəti ilə bağlı Müşahidə Şurasına müntəzəm hesabatların verilməsi;
  • Müşahidə Şurasının tapşırığı ilə Təyinat və mükafatlandırma komitəsinin səlahiyyətlərinə aid olan digər vəzifələrin yerinə yetirilməsi.