× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun Təlim Tədris Mərkəzində beş yeni təlim keçiriləcək

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində apardığı növbəti audit yekunlaşıb.

İki gün davam edən illik audit yoxlanışı Amerika Gəmiçilik Bürosunun Bakı ofisinin nümayəndəsi Ryan Salamati tərəfindən aparılıb.

Audit nəticəsində daha beş yeni təlimin TTM-də keçirilməsi təsdiqlənib. Belə ki, ABS  “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat təliminin proqramı üzrə təlimatçıların hazırlığı, “Sürətli olmayan xilasedici qayıqlar və sallar üzrə mütəxəssis təlimatçılarının hazırlığı, “Əmniyyətli İdarəetmə Haqqında Beynəlxalq Məcəllə təlimatçılarının hazırlığı, “Gəmi və liman vasitələrinin mühafizəsi üzrə mütəxəssis təlimatçılarının hazırlığı” və xüsusi təyinatlı ECDİS ( NavMaster) təliminin keçirilməsinə icazə verib.

Qeyd edək ki, ASCO-nun Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və  qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.