× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da rəhbər heyət üçün təlim keçirilib

ASCO-da “Biznes etikası və effektli ünsiyyət” mövzusunda onlayn təlim keçirilib. Təlimdə ASCO-nun müxtəlif struktur və departamentlərinin  rəhbər heyəti iştirak edib.

Təlimin əsas məqsədi liderlik bacarıqlarının inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübə ilə tanış olmaqdır.

Təlimdə rəhbər heyətə əməkdaşlarla daxili kommunikasiyanın düzgün və effektiv qurulması metodları haqqında məlumat verilib. Bu proqram təlim iştirakçılarına müxtəlif hallara uyğun əlaqə kanalını seçməyi öyrədir. Bu isə rəhbərlərə kollektivdə konstruktiv və pozitiv atmosferi yaratmaq imkanı verir.

Təlim müddəti ərzində iştirakçılar korporativ dəyərlərin kommunikasiyasının əsasları, başqaları tərəfindən təqdim olunan geri dönüş əlaqəsinin əhəmiyyəti, COVİD-19 pandemiyası ilə əlaqədar mövcud işgüzar mühitdə aktual olan məsafədən idarəetmə zamanı əlaqənin effektli qurulması üçün düzgün alətlərin tətbiq olunması ilə bağlı faydalı məlumatlar əldə edib.

Qeyd edək ki, təlim beynəlxalq "Develor" şirkətinin əməkdaşı, dünyanın 40-dan artıq ölkəsində qlobal şirkətlərin idarəedici heyətinə biznes təlimlər keçmiş, peşəkar təlimçi Keith Parker tədris olunub.