× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

AXDG-də Ehtiyat Kadr Bazasının yaradılması üçün növbəti imtahan keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyətinin siravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının yaradılması məqsədi ilə növbəti test imtahanları keçirilib.

İmtahanlara Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilmiş elanlara müraciət edən 500 nəfər arasından meyarlara uyğun şəxslər dəvət olunub.  Həmin elanlar sayta 26.07.2018-ci il tarixində yerləşdirilib və bir ay müddətində qüvvədə olub.

İmtahanlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən təşkil edilib. Prosesə daxili mütəxəssislərdən və kənar təşkilatların nümayəndələrindən ibarət heyət tərəfindən xüsusi nəzarət olub. İmtahanlar AXDG-nin işə qəbul siyasətinə uyğun, tam şəffaf qaydada baş tutub.

Gəmiçilikdə mövcud işə qəbul qaydalarına əsasən müsabiqədə işə qəbulu tövsiyə olunmuş namizədələrə nisbətən daha az bal toplamış, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizədlər Ehtiyat Kadr Bazasına daxil edilirlər.

Bu bazanın yaradılmasında məqsəd dənizçilik sahəsində orta ixtisas və ali təhsil almış və karyerasını bu sahə üzrə qurmaq istəyən gənclərə dəstək olmaq, gələcəkdə yaranacaq işçi ehtiyacını Ehtiyat Kadr Bazasının hesabına dərhal bağlamaqdan ibarətdir.