× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO gəmiləri ilə ötən il 130 000 m³-dən çox dibdərinləşdirmə işi həyata keçirilib

AZCON Holding şirkətlərindən olan ASCO-nun torpaqqazan gəmiləri ilə 2025-ci il ərzində Bakı buxtasında və Xəzər dənizinin müxtəlif akvatoriyalarında ümumilikdə 130 min kubmetrdən artıq dibdərinləşdirmə işi görülüb.

İl ərzində “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında 80 min, Xəzər Dəniz Neft Donanmasının akvatoriyasında 20 min və Dəniz Nəqliyyatı Donanmasının akvatoriyasında 15 min kubmetr həcmində dibdərinləşdirmə işi həyata keçirib.

“Narva” torpaqsovuran gəmisi tərəfindən isə Dəniz Nəqliyyatı Donanmasının akvatoriyasında 22 min kubmetr həcmində dibdərinləşdirmə işi aparılıb.

Qeyd edək ki, bu cür işlər naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi şəkildə icra olunur.