× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Bərdə” gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Bərdə” gəmi-bərəsinin təmiri uğurla başa çatıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar yenilənib. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat rənglənib. Həmçinin heyətə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri təmir edilib.

Təmirdən sonra yenidən istismara qaytarılan gəmi ilk reysində Türkmənistanın Türkmənbaşı limanına 32 vaqon və 12 qoşqu çatdırıb.

Qeyd edək ki, uzunluğu 154, eni 17 metr olan gəminin maksimal sürəti 12.5 uzeldir. Bərənin dedveyti 5 500 tondur.