× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun dalğıc gəmisi “Şahdəniz” layihəsində əməliyyatlara başlayıb

AZCON Holding şirkətlərindən olan ASCO-ya məxsus “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi “Şahdəniz” layihəsi çərçivəsində əməliyyatlara başlayıb. Bu məqsədlə ASCO ilə Şahdəniz layihəsinin operatoru olan bp şirkəti arasında müvafiq müqavilə imzalanıb.

“Akademik Tofiq İsmayılov” layihə üzrə həm növbətçi gəmi funksiyasını icra edəcək, həm də sualtı infrastrukturun inspeksiyası, texniki xidməti və təmiri ilə bağlı məsafədən idarə olunan əməliyyatlarda iştirak edəcək.

Əməliyyatlara hazırlıq çərçivəsində gəmi Bibiheybət Gəmi Təmiri Zavodunda təmir olunaraq, uğurla klas yoxlamasından keçib. Daha sonra DP (Dynamic Positioning – dinamik mövqe saxlama) sistemi üzrə dəniz sınaqları aparılıb və helikopter meydançası sertifikatlaşdırılıb.

Sifarişə əsasən, gəmidə dəniz təsnifat cəmiyyətinin tələblərinə uyğun olaraq ROV/MİOQ (Remotely Operated Vehicle – Məsafədən İdarə Olunan Qurğu) üçün platforma, həmçinin qurğuya xidmət edən generatorlar üçün ikinci platforma quraşdırılıb. Bu işlər ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun Gəmi Təmiri Bölməsi tərəfindən icra edilib.