× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Türk Loydu” Təsnifat Cəmiyyətinin nümayəndə heyəti ASCO-da olub

AZCON Holding şirkətlərindən olan ASCO-da “Türk Loydu” Təsnifat Cəmiyyətinin sədri Oral Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev qonaqlara Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunan nailiyyətlər, bu istiqamətdə həyata keçirilən cari layihələr və gələcək planlar barədə ətraflı məlumat verib. O həmçinin azərbaycanlı dənizçi kadrların təcrübəsindən danışaraq, istər milli, istərsə də xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinin peşəkarlıq nümayiş etdirdiyini bildirib.

“Türk Loydu”-nun sədri Oral Erdoğan öz növbəsində Azərbaycanın dəniz nəqliyyatı sektorunun təsnifat cəmiyyətləri, o cümlədən təmsil etdiyi qurum üçün cəlbedici olduğunu vurğulayıb. O, keçən ildən “Türk Loydu”-nun Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) üzvü olduğunu və öz xidmət sahələrini genişləndirdiyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi ilə davam edib.