× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Dənizçi Günü”ndə Fəxri Fərmana layiq görülən əməkdaşlarla görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  sədri Rauf Vəliyevin əmrinə əsasən 25 iyun “Dənizçi Günü” ilə bağlı Fəxri Fərmana layiq görülən Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının əməkdaşları ilə görüş keçirilib. 

Görüşlərdə Fəxri Fərmanlar sahiblərinə təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.