× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO üç vəzifə üzrə əməkdaş axtarışındadır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 9 vakansiya üzrə əməkdaş axtarışındadır. Vakansiyalardan 3-ü kapitan, 3-ü böyük mexanik, 3-ü ikinci mexanik vəzifəsi üzrədir.

Hər bir vakansiya üçün ayrıca tələb və öhdəliklər müəyyənləşdirilib.

Namizədlər fevralın 17-nə qədər müraciət edə bilərlər.

Qeyd edək ki, ASCO-da işə qəbul yalnız www.asco.az saytının “Karyera” bölməsindən elektron müraciət formasını doldurmaqla həyata keçirilir.