× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da imtahan sessiyası başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

“Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” fakültələrində təhsil alan tələbələrin 97 faizi imtahanlarda iştirak  hüququ qazanıb.

İmtahan sessiyasının təşkili ADDA-nın Elmi Şurasının müvafiq qərarına əsaslanır.

İmtahan sessiyası iki mərhələdə aparılacaq. 6-31 yanvaradək semestr imtahanları təşkil olunacaq. 31 yanvar - 6 fevral tarixlərində isə payız imtahan sessiyasında üzrlü səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsir qruplarına daxil olan və əvvəlki tədris illərinin müvafiq semestrindən akademik borcu olub fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçün 2-ci mərhələ keçiriləcək.

Elmi Şuranın qərarına əsasən, “Tətbiqi mexanika” və “Humanitar fənlər” kafedralarında tədris olunan fənlər üzrə imtahanlar test, digər kafedralarda tədris olunan fənlər üzrə isə yazılı üsulla aparılacaq. 

Cari tədris ili başlayanda ADDA-da Elektron Akademiya (EA)  işə düşüb. Hazırki imtahan sessiyasında humanitar fənlərdən olan test imtahanlar EA üzərindən aparılır. 

EA-da müəllimlər və tələbələr elektron kabinetə malik olurlar. Bu kabinet vasitəsilə müəllimlər dərsə davamiyyəti qeydə alır, dərs yüklərini, cədvəllərini, keçdikləri dərslərin jurnallarını (yazdıqları qiymətləri) görə bilirlər. Müəllim tədris etdiyi dərslərə uyğun mühazirə və seminar materiallarını sistemə yerləşdirir. Eyni zamanda, kurs və sərbəst işlərin materiallarını sistemə daxil edir.

Tələbələr kabinetlərində müəllimin yerləşdirdiyi materialları dərhal görə bilirlər. Bununla yanaşı, müəllimlər kurs işi (layihəsi), sərbəst işlər və laboratoriya islərinə aid tapşırıqları sistemə yerləşdirdikləri zaman tələbələr özlərinə aid tapşırıqları kabinetlərində görürlər. Tələbə tapşırıqları yerinə yetirdikdən sonra onları sistemə yükləyir və həmin an müəllim nəticələri görərək sistem üzərindən qiymətləndirmə aparır və və bu yekun qiymətləndirmə tələbənin semestr imtahalarında iştirakı üçün əsas şərt hesab edilir.

EA-da Elektron kitabxana da mövcuddur.