Sorry, you need to enable JavaScript to visit this website.
× Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Xəbərlər

hero_thisisbayer_3200x556

ADDA nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov, “Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev və Təlim Tədris Mərkəzinin direktoru Emil Manafovun daxil olduğu heyət üzvləri ASCO ilə Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti arasında imzalanmış çərçivə sazişinə uyğun Rusiyanın Sankt-Peterburq şəhərində bir sıra görüşlər keçiriblər.

Nümayəndə heyəti bir həftəlik səfərin ilk günündə Admiral S.O.Makarov adına Dövlәt Dәniz və Çay Donanması Universitetinin nəzdindəki Kollecə baş çəkiblər. Onlar Kollecin direktoru Albert Sbitniyevlə, eləcə də professor-müəllim heyəti və tələbələrlə görüşüblər. Burada ADDA-nın nəzdindəki Dövlət Dənizçilik Kolleci ilə əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.

Heyət üzvləri Dəniz Tədris Təlim Mərkəzinə gələrək buradakı hovuz kompleksi, xilasedici alətlər, yanğından mühafizə və digər təlim avadanlıqlarına, eləcə də təlim proseslərinə baxış keçirib.

Sankt-Peterburqda dənizçiliklə bağlı trenajor və simulyatorların istehsalı ilə məşğul olan tanınmış şirkətlərlə görüşlərdə isə ADDA-nın və onun nəzdindəki Təlim Tədris Mərkəzinin trenajorlarının proqram bazasının təkmilləşdirilməsi və ya yenilənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib.

Səfər çərçivəsində qonaqlar Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin “Dəniz donanmasının və Akademiyanın tarixi” muzeyi, Beynəlxalq Nəqliyyat Menecmenti İnstitutu, Əlavə Peşə Təhsili İnsitutu, Rusiyanın müasir və qabaqcıl gəmiçilik şirkətlərindən olan “Sovkomflot”un təlim-tədris mərkəzində də olublar. Akademiyanın əməkdaşları Admiral S.O.Makarov adına Dövlәt Dәniz və Çay Donanması Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüblər.

Səfərin sonunda Universitetinin rektoru Sergey Barışnikovun sədrliyi ilə müşavirə təşkil olunub. Müşavirədə səfər çərçivəsində keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılıb, qəbul olunmuş qərarların həyata keçirilməsi istiqamətində danışıqlar baş tutub.

Xatırladaq ki, cari ildə  ASCO sədri Rauf Vəliyev və  Admiral S.O. Makarov  adına  Dövlət Dənizçilik və Çay Donanması Universitetinin rektoru Sergey Barişnikov akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar. Sazişin əsas məqsədi tərəflər arasında peşə təhsili, gəmiçilik, gəmiqayırma və gəmi təmiri üzrə mütəxəssislərin hazırlanması, həmçinin göstərilən istiqamətlərdə elmi fəaliyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.