× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində "Suraxanı" gəmi muzeyi 2000-dən çox ziyarətçi qəbul edəcək

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsinə start verilib.

Ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edirlər.

Layihə çərçivəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı” gəmi-muzeyinə də ekskursiyalar təşkil olunur. Dekabrın sonunadək davam edəcək layihə ərzində dünyanın ilk tanker-muzeyini 2000-dən çox izləyicinin ziyarət etməsi nəzərdə tutulur.

Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, muzeylərin kolleksiya fondu ilə tanış etməkdir. Eyni zamanda, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə məlumatlandırmaqdır.