× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Zəfər Günü ərəfəsində Şəhid övladları üçün “Suraxanı” gəmi muzeyinə ekskursiya təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  (ASCO) və “Xarıbülbül fidanları” komandası 8 noyabr Zəfər Günü  münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.

Bələdçilərin müşaiyəti ilə uşaqlar dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.  

Vətən müharibəsi Şəhidlərinin övladları  muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər. 

Ziyarət çərçivəsində gəmi-muzeyin göyərtəsində uşaqlar üçün əyləncə proqramı təşkil olunub. Həmçinin, onlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim edilib.

Qeyd edək ki, dünyanın ilk tanker muzeyini ziyarət Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və onların ailələri üçün ödənişsizdir. İndiyədək muzeyi bu kateqoriyadan olan 872 nəfər ziyarət edib.