Sorry, you need to enable JavaScript to visit this website.
× Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Xəbərlər

hero_thisisbayer_3200x556

“Narva” torpaqsovuran gəmisi modernləşdirilib - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Narva” torpaqsovuran gəmisi üzrə əsaslı təmir və modernləşdirmə işləri aparılıb. 1966-cı ildən istismar edilən gəminin əsas təmiri və modernləşdirilməsi  “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Təmir müddətində  inşa dövründən quraşdırılmış və  istismar vaxtı başa çatmış 2 ədəd KSSM6 tipli baş mühərrik, əsaslı təmir olunmuş 6ЧРПН 36/45 tipli mühərriklərlə əvəz olunub və onlara xidmət edən avadanlıqlar, eləcə də idarəetmə qorunma sistemi yenidən qurulub, 100kVt-luq 1 ədəd dayanacaq mühərriki yeni 150kVt-lıq dizel-generatorla əvəz olunub. Köməkçi sükan qurğusunun idarə olunması üçün yeni dizel-generator quraşdırılıb, elektrik mühərriki yenisi ilə əvəzlənib, elektrik idarəetmə sistemləri dəyişdirilib, 2 ədəd 2OK1Э tipli hava kompressoru WL-33  tipli hava kompressorları ilə, DELAVAL tipli yağ-yanacaq seperatorları СЦ 1,5 tipli yağ-yanacaq seperatorları ilə əvəz olunub. Palçıq sovurmaq üçün istifadə olunan 2 ədəd nasos əsaslı təmir edilib, 600 mm-lik boru xətti və  klinket siyirtmələr tam yenilənib, çirkab suların yığılması və təhvili üçün istifadə olunan 4 tonluq su tutumuna malik çən 28 tonluq çənlə əvəz olunub.

Bundan başqa, kayutlarda, maşın, nasos şöbəsində, sanitar sistemlərdə boru xətləri tam təmir olunub, lazımi hallarda yenisi ilə əvəzlənib, suüstü hissələrdə, daxili bölmələrdə, göyərtələrdə böyük həcmdə metal lövhələr dəyişdirilib.

İstismar dövründə gəmi  sükanının  mexaniki idarə olunmasında çətinliklər olduğundan  sistem yenidən qurulub. Hazırda sükanın idarə olunması elektro hidravlik idarəetmə vasitəsi ilə həyata keçirilir.   

Eyni zamanda, yük anbarlarının qapaqları, qapaqların qaldırılması üçün istifadə olunan hidravlik qurğular, idarəetmə sisteminin yüksək təzyiqli  boruları yenilənib, palçıq (və ya torpaq) sovurmaq üçün istifadə olunan yük qaldırıcı mexanizmlərdə əsaslı təmir işləri aparılıb. Enerji paylayıcı qurğular, rabitə və elektrik radionaviqasiya avadanlıqları, elektrik mühərrikləri tam təmir olunub.

Gəmi tərsanəyə qaldırılarkən gövdənin yararsız hissələri  dəyişdirilib, hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları təmir olunduqdan sonra sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək rənglənib. Heyətin yaşayış otaqları lazımi mebellərlə təchiz olunub, gəminin sanitar qovşaqları və yeməkxanası əsaslı təmir edilib.

Mexanizm və elektrik avadanlıqlarının  təmiri başa çatdıqdan sonra  gəmi müvəffəqiyyətlə dəniz sınağından keçirilib və istismara verilib.