× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da ISO 45001:2018 standartı üzrə təlim təşkil edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) ISO 45001:2018 standartı üzrə daxili auditor təlimi təşkil edilib.

ASCO-nun rəhbər işçiləri və mütəxəssislərinin iştirakı ilə keçirilən təlim üç gün davam edib.

“Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyev iştirakçılara ISO 45001:2018benəlxalq standartı, risk qiymətləndirmə prosesi, peşə sağlamlığı və əməyin təhlükəsizliyi idarəetmə sistemi və siyasətinin yoxlanılması, beynəlxalq standartların və təşkilatın müəyyənləşdirdiyi tələblərə uyğunluğun qiymətləndirilməsi, auditin planlaşdırılması, hazırlanması və aparılması haqqında geniş məlumat verib.

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil olunub. İmtahanda uğurlu nəticə göstərənlərə sertifikat təqdim edilib.