× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da dəniz-quru təlimi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) növbəti dəfə dəniz-quru təlimi keçirilib. 

ASCO sədrinin birinci müavini Mübariz Cabbarovun rəhbərliyi ilə keçirilən təlim nəzəri və praktiki hissədən ibarət olub.

Nəzəri hissədə iştirakçılara fövqəladə hallarda operativliyin təmin olunması ilə bağlı maarifləndirici məlumatlar verilib.

Praktiki hissədə isə səfərə hazırlaşan “Naxçıvan” gəmisinə şərti həyəcan siqnalı verilib. Şərti həyəcan siqnalının verilməsində əsas məqsəd bu cür hallarda idarə və gəmi arasında operativ əlaqənin qurulması, sahil heyəti tərəfindən gəmiyə dəstək göstərilməsi, aidiyyatı qurumlarla əlaqə yaradılması və müzakirələrin aparılması vəziyyətini yoxlamaq, həmçinin heyətin ümumi hazırlıq səviyyəsini qiymətləndirmək olub.

Təlim zamanı aşkarlanan boşluqlardan nəticə çıxarılıb və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb.