Sorry, you need to enable JavaScript to visit this website.
× Elektron Bilet Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Xəbərlər

hero_thisisbayer_3200x556

ASCO ilə “Admiral S.O. Makarov adına Dövlət Dənizçilik və Çay Donanması Universiteti” arasında çərçivə sazişi imzalanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və  “Admiral S.O. Makarov  adına  Dövlət Dənizçilik və Çay Donanması Universiteti” arasında  akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Sənədi ASCO-nun sədri Rauf Vəliyev və  “Admiral S.O. Makarov  adına  Dövlət Dənizçilik və Çay Donanması Universiteti”nin  rektoru Sergey Barişnikov imzalayıblar.

Sazişin əsas məqsədi tərəflər arasında peşə təhsili, gəmiçilik, gəmiqayırma və gəmi təmiri üzrə dəniz mütəxəssislərinin hazırlanması, həmçinin göstərilən istiqamətlərdə elmi fəaliyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.

Sənədə əsasən, tərəflər tələbə (kursant), müəllim, elmi tədqiqatçı və digər mütəxəssislərin təhsil və elmi mübadiləsini həyata keçirəcəklər. Həmçinin elmi, pedaqoji və metodiki məlumatların mübadiləsi, elmi və akademik proqram və layihələr üzrə birgə təhsil materiallarının, elmi məqalələrin  hazırlanması, habelə dəniz və daxili su nəqliyyatı, logistika sahələrində beynəlxalq layihələrin işlənməsi istiqamətində ikitərəfli və çoxtərəfli tədris və elmi-tədqiqat işləri aparacaqlar.

Bundan başqa, tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə zərurət yarandıqca tədris treninqlərinin, tanışlıq səfərlərinin, işgüzar müşavirələrin, konfransların keçirilməsi, mütəxəssis mübadiləsinin aparılması barədə də razılıq əldə olunub.

Akademik və elmi-texniki əməkdaşlıq haqqında çərçivə sazişi 5 il müddətinə bağlanıb.