Sorry, you need to enable JavaScript to visit this website.
× Elektron Bilet Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Xəbərlər

hero_thisisbayer_3200x556

“Suraxanı” gəmi-muzeyinin bələdçiləri üçün treninq təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” Gəmi-Muzeyinin bələdçiləri üçün “Muzey nədir?” və “Ekskursiyanın aparılması qaydaları və metodikası” mövzularında  seminar-treninq təşkil edilib.

Treninq ASCO-nun muzey işinin təşkili üzrə məsləhətçisi, muzey eksperti Azadə Hüseynova tərəfindən aparılıb.

Ekspert-təlimçi tanker gəmi-muzeyinin bələdçilərinə muzey işinin yaranma və inkişaf tarixi, dünya muzeyləri, onların növ və iş prinsipləri, Azərbaycan muzeylərinin növ və profilləri, ekskursiya qaydaları haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, bu cür treninqlərin keçirilməsində əsas məqsəd “Suraxanı” Gəmi-Muzeyinin əməkdaşlarının ixtisaslarının artırılması, muzey işinin peşəkar təşkili və ziyarətçilərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsidir.