× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun əməkdaşları beynəlxalq sertifikat əldə ediblər

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi -İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı İSO standartları əsasında davamlı olaraq onlayn formatda təlimlər təşkil edir. 

Belə ki, Institut ölkədə ayrı-ayrı sahələrdə işləyən mütəxəssislərin peşəkarlığını və səriştəliliyini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq üçün 01-05 fevral 2021-ci il tarixlərində “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” mövzusu üzrə, 08-12 fevral 2021-ci il tarixlərində isə İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” mövzusu üzrə təlim keçirib.

Təlimlərin sonunda keçirilən test imtahanında müsbət nəticə göstərmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnformasiya texnologiyları departamentinin əməkdaşları Emil Babayev, Vüqar Mahmudov və Hüseyn Əliyevə sertifikat təqdim edilib.