Xəbərlər

ASCO əməkdaşları uşaqları sevindirib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun (BGTZ) əməkdaşlarının övladları arasında futbol yarışı keçirilib.
BGTZ-nin idman meydançasında təşkil olunan yarışın əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.
Oyunun sonunda bütün uşaqlara həm ASCO-nun, həm də “Səbail” Futbol Klubunun adından hədiyyələr verilib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Azərbaycan Xəzər ASCO-nun “Dalğa” və “Xəzər” bağçalarında da tədbirlər keçirilib.
Uşaqlar böyük həvəs və sevgi ilə mahnılar oxuyub, şeirlər səsləndirib və bir-birindən maraqlı rəqslər ediblər.
Bağçaların məktəbə qədər hazırlıq alan şagirdlərinə maraqlı hədiyyələr təqdim olunub.