Sorry, you need to enable JavaScript to visit this website.
× Elektron Bilet Daşıma tarifləri Ro-Ro və bərələrin hərəkət qrafiki Podratçıların elektron müraciət forması

Xəbərlər

hero_thisisbayer_3200x556

DND sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2020-ci ilin ən yaxşı müəssisələri arasında yer alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanması (DND) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2020-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi müsabiqənin qalibləri arasında yer alıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri DND-yə müsabiqənin Fəxri diplomunu təqdim ediblər.

DND rəisinin ümumi məsələlər üzrə müavini Etibar Tağıyev obyektiv qiymətləndirməyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, ASCO-nun bütün strukturlarında olduğu kimi, DND-də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hər il 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı keçirdiyi müsabiqənin məqsədi ictimaiyyətin diqqətini əməyin mühafizəsi və təhlükəsizliyinə yönəltməkdir. Müsabiqə qalibinin qiymətləndirilməsinə iş yerlərində ictimai nəzarətin gücləndirilməsi, işçilər üçün əmək şəraitinin yaxşılaşdırılması və ən əsası insan həyatının təhlükəsizliyinin qorunmasında aparılan işlər əsas meyar kimi götürülür.