× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

“Qəhrəman Əsədov” tankeri təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Qəhrəman Əsədov” tankeri təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, lövbər zəncirləri, kinqston qutuları təmizlənərək rənglənib. Gəminin avar vallları, sükan qurğusu, baş və köməkçi mühərrikləri, nasosları təmir olunub.

Bütün bunlarla yanaşı, üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Gəmidə gövdə-qaynaq işləri aparılıb, boru və elektrikquraşdırma işləri yerinə yetirilib.

Tanker təmirdən sonra yenidən istismara qaytarılıb.

“Qəhrəman Əsədov” gəmisinin uzunluğu 125.06, eni 16.63 metr, maksimal sürəti isə 11,3 uzeldir.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni tankerlər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.