× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçilikdə “Təhlükəsizlik günü” keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “Təhlükəsizlik günü” keçirilib.

Tədbirdə son altı ayda Gəmiçilikdə qeydə alınan qəzalar, yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə danışılıb. Bununla yanaşı, dünya  gəmiçiliyində baş verən  hadisələrə nəzər salınıb, onların səbəblərindən bəhs olunub.

Tədbirdə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edib. O, Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlandığını deyib. Bildirib ki, AXDG-də təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və  bu tələblərə hər bir əməkdaş əməl etməlidir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev çıxışında təhlükəsizlik mədəniyyətinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Diqqətə çatdırıb ki, bununla bağlı bütün heyət çalışmalı, daha çox öyrənməli və öz təcrübəsini digərləri ilə bölüşməlidir. Çünki təhlükəsiz iş şəraitini təmin etmək əsas vəzifələrimizdəndir.

Bununla belə, Rauf Vəliyev aidiyyəti struktur rəhbərlərinə treninq və məşğələlərin davamlı və daha praktik keçirilməsi ilə bağlı tapşırıqlarını verib.

Toplantıda baş verə biləcək hadisələrin qarşısını almaq üçün hazırlanan maarifləndirici videoçarxlar nümayiş olunub, qarşıdakı hədəflər kimi məsələlərə diqqət yetirilib.