× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2 Fevral – Gənclər Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin təşəbbüsü ilə “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində baş tutub.

Ağacəkmə aksiyasından əvvəl gənclər Zavodun ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Daha sonra iştirakçılar ekoloji tədbir çərçivəsində ərazidə 100 ağac əkib, həmçinin əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstəriblər.

Aksiyada ASCO-nun müxtəlif strukturlarında çalışan əməkdaşlar, eləcə də Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Dənizçilik Kollecində təhsil alan tələbələr iştirak ediblər. Tədbir Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi karantin rejiminin tələblərinə uyğun təşkil olunub.

Aksiyanın əsas məqsədi gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması ideyasını aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli birgə fəaliyyətə səsləməkdir.