× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması

Xəbərlər

Prezident İlham Əliyev bir qrup dənizçinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Azərbaycan Respublikası Prezidentini İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əliyev Vahid Zahid oğlu

Orucov Knyaz Osman oğlu

Trişev Nikolay İvanoviç

Şıxəliyev İlqar Rəhman oğlu

Vəliyev Seyfulla Gülməmməd oğlu

 

“Tərəqqi” medalı ilə

Allahverdiyev Cəmil Əmiraslan oğlu

Aslanov Əlmədəd Davud oğlu

Babayev Hüsaməddin Rüstəm oğlu

Əliyev Allahverdi Rəşid oğlu

Əliyev Ələddin Əlidadaş oğlu

Əskərov Teyyub Əli oğlu

Hacımuradov Əlyar Hacıbaba oğlu

Hacıyev Elxan İslam oğlu

Hüseynov Şıxbala Novruz oğlu

Hüseynov Vaqif Şirvan oğlu

Hüseynova Leyla Rafiq qızı

Xangəldiyev Salam Xanəli oğlu

Xəlilov Ramil Əhməd oğlu

Qurbanov Piralı Süleyman oğlu

Mehrəliyev Şəmsəddin Dadaş oğlu

Mustafayev Vüsal Oktay oğlu

Sadıqov Əmrullah Yusif oğlu

Srebnaya Tatyana Vladimirovna

Süleymanov Süleyman Tələt oğlu

Şaydulov Rivkat Qarifoviç

Yusifov Ağalar Əsəd oğlu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladağı daha bir Sərəncama əsasən isə  R.Q.Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilib.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Rəfail Qərib oğlu Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilsin.

Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Həsənov Şəmistan Hüseyn oğlu

Musayev Aslan Əjdər oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2018-ci il.