× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçiliyin maliyyə hesabatı müsbət rəy alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2017-ci il üzrə birləşdirilmiş maliyyə hesabatları audit olunub. Auditi dünyanın dörd ən nüfuzlu şirkəti siyahısında yer alan EY (“Ernst & Young”) aparıb.

EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyevin  Gəmiçiliyin rəhbəri Rauf Vəliyevlə  görüşündə bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb və bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.  Qeyd olunub ki, vaxtından əvvəl təqdim olunan maliyyə hesabatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də şəffaflıq, uçot prinsiplərinin qorunmasının göstəricisidir.

Müzakirələrdən sonra tərəflər 2017-ci ilin birləşdirilmiş maliyyə hesabatını təsdiqləyiblər.

Sözügedən hesabat hər il olduğu kimi,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2014-cü il tarixli 321 nömrəli qərarı ilə təsdiq olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların tərkibinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də daxil edilib.