× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Gəmiçiliyin nümayəndəsi II “The Capital Link Cyprus Shipping” forumunda iştirak edib

“Columbia Shipmanagement” şirkətinin hər il təşkil etdiyi bu tədbirin məqsədi  Kipri dəniz, enerji və logistika qovşağına çevirmək, həmçinin buranın investisiya və biznes imkanlarını genişləndirməkdən ibarətdir.

“The Capital Link Cyprus Shipping” forumuna “ExxonMobile” şirkətinin rəhbəri, gəmi sahibləri, investorlar, tədqiqatçı analitiklər, sənaye ekspertləri, bank rəhbərləri, risklər üzrə mütəxəssislər və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Tədbirdə  ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müşaviri, tanınmış kapitan Titos Giannakakis təmsil edib. 

Beynəlxalq görüşdə gəmiçilik, maliyyə və kapital bazarlarında gedən inkişaf və tendensiyalar, geosiyasi dəyişikliklər, eləcə də mövcud qaydaların təkmilləşdirilməsi, texniki və ticarət donanmalarının idarə olunması ilə bağlı bir çox məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları dəniz nəqliyyatı sahəsinin və dəniz xidmətlərinin hazırkı vəziyyətini nəzərdən keçirməklə yanaşı,  qarşıda duran məsələlərə xüsusi diqqət yetiriblər.

Növbəti forum 2018-ci il  martın 9-da  Nyu-York şəhərində təşkil olunacaq. “AXDG” QSC həmin forumun panelində çıxış üçün dəvət edilib.