× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı məsələlər Ankarada müzakirə olunub

Toplantıda “Türkiyə Dövlət Dəmir Yolları” TBNM-ə daimi üzv seçilib. Bununla bağlı protokolu Transxəzər Nəqliyyat Marşrutu baş katibi Baurjan Kuluşev və “Türkiyə Dövlət Dəmir Yolları”nın baş direktoru Veysi Kurt imzalayıblar.

İclasda  “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin, Özbəkistan və Polşanın dəmir yolu və dəniz daşınmaları ilə məşğul olan şirkətlərinin rəsmiləri iştirak ediblər.

Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə, bu istiqamətə yük axınının cəlbinin zəruriliyi vurğulanıb.

Məlumat verilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin artırılması və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün  böyük potensial mövcuddur. Bu dəhlizin  daha da inkişaf etdirilməsi üçün  iştirakçı ölkələr tərəfindən ardıcıl tədbirlər görülür. TBNM-in rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır.