× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Təcrübəli kapitanın Gəmiçilikdə təlimi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC əməkdaşlarının bilik və bacarıqlarının artırılması, o cümlədən beynəlxalq təcrübənin mənimsənilməsi üçün təlimlərin təşkilini davam etdirir. Məqsəd işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğun təşkil edilməsidir.

Noyabrın 15-dən başlayan təlimlər Gəmiçiliyin müxtəlif struktur bölmələrinin işçiləri üçün nəzərdə tutulub və“Liderlik, komanda ilə işləmə və idarəetmə bacarıqları”, “Risklərin qiymətləndirilməsi”, “Dənizçilik sahəsində Əməyə Dair Konvensiya (2006) ilə tanışlıq”, “Sağlamlıq, əməyin təhlükəsizliyi, keyfiyyət, ətraf mühit və enerji idarəetmə sistemləri” mövzularında aparılır.

İnteraktiv formada təşkil olunan təlimlərdə,dinləyicilər müxtəlif ssenarilər üzrə hazırlanan vəziyyətlərlə bağlı müzakirələlər aparır, komanda halında verilən tapşırıqları həll edirlər.

Təlimləri beynəlxalq dərəcəli təlimçi, gəmiçilik sahəsində böyük təcrübəyə malik kapitan Titos Giannakakis aparır. Noyabrın 24-nə qədər davam edəcək təlimlərdə Gəmiçiliyin 130-dan çox əməkdaşı iştirak edir.