× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

İranlı qonaqlarla görüş

Noyabrın 10-da İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.

Görüş zamanı Azərbaycanın son illər əldə etdiyi uğurların, paytaxt Bakının göz oxşamasının onlarda xoş təəssürat yaratdığını bildirən “PMO”-nun nümayəndəsi Cabbar Cəlilian daha sonra təmsil etdiyi qürum haqqında ətraflı məlumat verib və Gəmiçiliklə birgə layihələrin icrasının mümkünlüyünə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xəzər dənizinin dostluq, əməkdaşlıq və sülh dənizi olması fikrini qonaqların diqqətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan dənizçilərinin dost və qonşu ölkənin şirkətləri ilə gəmiçilik sahəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ölkə başçısının müvafiq sərəncamı ilə 3 il əvvəl yaradıldığını bildirən sədr kollektivin qısa müddət ərzində qazandığı uğurlar və qarşıda duran vəzifələrdən də söz açıb.

Tərəflər görüş zamanı ətraflı fikir mübadiləsi apardıqları yükdaşımalar, gəmi təmiri, dəniz dibinin dərinləşdirilməsi, agent xidmətləri, Xəzərdənkənar hövzələrdə fəaliyyət, dənizçilik təhsili sahələrində birgə əməkdaşlığın zəruriliyi haqqında razılığa gəliblər.

Görüşdən sonra qonaqlar Gəmiçiliyin muzeyi ilə yaxından tanış olublar.