Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri Xəzərin Türkmənistan sektorundakı yataqda dəniz özülünün quraşdırlmasında iştirak edir 06.08.2014 09:18 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə “Caspian Marine Services”şirkəti arasında bağlanmış fraxt müqavilələrinə əsasən, cari ilin iyul ayının 13-dən etibarən “Azərbaycan” kran gəmisi, “Andoqa” və “Aura” yedək gəmiləri Türkmənistanın ərazi sularında yerləşən “Zigəlibəy” neft yatağında yeni stasionar dəniz özülünün tikinti-quraşdırma işlərinə cəlb edilmişlər. Dörd hissədən ibarət özülün üç hissəsi artıq quraşdırılmışdır və bərkidilmə işləri davam edir. Hazırda özülün Rusiya Federasiyasının Həştərxan şəhərində hazırlanmış dördüncü hissəsi gözlənilir və bununla əlaqədar hazırlıq işləri aparılır. Layihə ilə nəzərdə tutulmuş işlərin başa çatdırılması avqust ayının 15-nə planlaşdırılır.