Xəbərlər

ADDA-nın binasından üçrəngli Azərbaycan bayrağı asılıb
Cəbhədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlardan, eləcə də döyüş bölgəsindən gələn xəbərlərdən sonra ölkədə qələbə abu-havası hiss edilməyə başlayıb. Son dörd gündə paytaxt Bakı bayraqlara bürünüb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası da bu təşəbbüsə qoşulub. Akademiyanın binasının üzərindən üçrəngli Azərbaycan bayrağı asılıb.
Tezliklə bayrağımızın işğal olunmuş bütün Azərbaycan torpaqlarına sancılması arzusu ilə Milli Ordumuza güc-qüvvət arzulayırıq.