Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Qayğı varsa, qələbə də olacaq 17.07.2014 15:17 “Xəzər “ Yelkənli İdman Klubunun öz fəaliyyətini bərpa etdiyini eşidənlər buna sevinsələr də, yəqin ki, idmançılarımızdan yaxın aylarda qələbə gözləmirdilər. Bununla belə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi klubun idmançılarının yarışlara qatılmaq arzularının gerçəkləşməsinə dəstəyini əsirgəmir. “Xəzər” Yelkənli İdman Klubunun üzvləri Tofiq Abdullayev, Andrey Kastryulin, Kiril Klinçev, Mixail Protosov, Rüfət Rəcəbov, Anton Vilyayev, Tərlan Namazov cari il iyunun 28-dən iyulun 5-dək Moskvada keçirilən XVIII Ənənəvi Beynəlxalq Yelkənli Reqatada Azərbaycan Respublikası Yelkənli İdman Federasiyası yığma komandasının üzvləri kimi iştirak etmişlər. Yarışlar Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) qaydalarına uyğun keçirilmişdir. İdmançılarımız müxtəlif hava şəraitində “Lazer 470”, “Snayp” və “Fin” olimpiya sinfi qayıqlarında fəxri yerlər uğrunda mübarizə aparmışlar. “Lazer 470” tipli qayıqlarda keçirilən yarışlarda Kiril Klinçev dördüncü yerə çıxmışdır. Sükançı Mixail Protasov və matros Rüfət Rəcəbovdan ibarət heyət isə beşinci yerlə kifayətlənmişdir. Komandamıza xatirə kuboku təqdim olunmuşdur