Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-da dezinfeksiya işləri davam etdirilir 02.04.2020 12:35 Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir. Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun “Ağdam”, “PSK-48”, “İslam Kərimov”, “Şirvan 2”, “Şirvan 3”, “Ramiz Hacıyev”, “Üfiq” gəmiləri, eləcə də Xəzər Dəniz Neft Donanmasının inzibati binası, ərazisi və körpülərində aparılıb. Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.