× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ABS-nin nümayəndələri ASCO-da seminar keçirib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbər heyəti və ASCO-nun alyans tərəfdaşı “Caspian Marine Servises”in  (CMS) əməkdaşları üçün “Dənizçilik sənayesinin ən son nailiyyətləri” mövzusunda seminar təşkil olunub.

Seminarı Amerika Gəmiçilik Bürosunun (ABS) Hyustondakı ofisinin nümayəndəsi Mark McGrath, Avropa ofisinin nümayəndəsi Christian Schack, Bakı ofisinin nümayəndəsi Ryan Salamati, Xəzər dənizi regionu üzrə meneceri Seyfəttin Tatlı  aparıb.

Əvvəlcə çıxış edən ABS nümayəndəsi Mark McGrath iştirakçılara müasir təlim texnikaları, dəniz sənayesinin tələbləri, daşımalarla məşğul olan gəmilərə tətbiq edilən qaydalar barədə ətraflı məlumat verib.

Ryan Salamati və Seyfəttin Tatli isə dənizçilik sənayesinin bazar tendensiyaları, texniki problemlər və həllər, davamlılıq və dəniz sənayesindəki meyllər, Təsnifat Cəmiyyəti ilə qarşılıqlı əlaqə, dəniz sənayesi üçün ABS xidmətlərinə dair danışaraq seminarı davam etdiriblər.

İki saatlıq seminar interaktiv formada keçib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.