× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA-da orqan donorluğuna həsr olunmuş maarifləndirici seminar keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında “Donorluqla bəxş edilən həyat” mövzusunda maarifləndirici seminar təşkil edilib. 
 
Tədbirin məqsədi orqan donorluğu ilə bağlı məlumatlılığın artırılması və cəmiyyətdə məsuliyyətli yanaşmanın təşviqi olub.
 
Seminarda Akademiyanın rəhbərliyi və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələri mövzunun tibbi və sosial əhəmiyyəti, eləcə də orqan donorluğunun hüquqi bazası, donorluq prosesinin mərhələləri və bu sahədə həyata keçirilən dövlət layihələri barədə məlumat veriblər.
 
Tədbir interaktiv formada baş tutub və tələbələrin sualları cavablandırılıb.